Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyevlə vida mərasimi – FOTO

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyevlə vida mərasimi – FOTO

Hazırda oxunan: Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Ayaz Zərbalıyevlə vida mərasimi – FOTO

270059

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Ayaz Zərbalıyevin nəşi böyüyüb boya başa çatdığı Göyçayın Potu kəndindəki ata evinə gətirilib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, vida mərasimində kənd sakinləri, şəhidin ailə üzvləri, qazilər, eləcə də rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Göyçay şəhər şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Zərbalıyev Ayaz Əsgəralı oğlu 1969-cu ildə Göyçayın Potu kəndində anadan olub. 1993-cü ildə Kəlbəcər rayonu, Çərəkdar kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüşdü.






Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO