Şəxsiyyəti ailə üzvlərindən götürülmüş DNT analizi ilə təsdiqlənmiş Birinci Qarabağ müharibəsi şəhidi Murad Məlikməmməd oğlu Vəliyevin nəşinin qalıqları bu gün doğulduğu Quba rayonuna gətiriləcək.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, saat 12:00-da şəhidin cənazəsi Quba şəhərinin girişində, “Gənclər parkı”nın qarşısında qarşılanacaq.
Şəhid Murad Vəliyev doğma kəndi Nütəh qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Murad Vəliyev Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində itkin düşmüşdü.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
08:58 / 12.09.2025
Şəhid Murad Vəliyevin nəşi bu gün torpağa tapşırılacaq – FOTO
Hazırda oxunan: Şəhid Murad Vəliyevin nəşi bu gün torpağa tapşırılacaq – FOTO
Hazırda oxunan: Şəhid Murad Vəliyevin nəşi bu gün torpağa tapşırılacaq – FOTO
270014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.