Bərdə rayonunda kanaldan orta yaşlı qadın meyiti tapılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, meyit sentyabrın 9-u saat 09 radələrində Qarabağ kanalının Alpout kəndinin ərazisindən keçən hissəsində aşkarlanıb.
Ölən şəxsin həmin kəndin 1980-ci il təvəllüdlü sakini Sevinc Əli qızı Vəliyeva olduğu müəyyənləşib.
Tərtər Rayon H.Hüseynov adına Mamırlı kənd orta məktəbində direktorun təşkilati işlər üzrə müavini olan S.Vəliyevanın hansı şəraitdə kanala düşərək öldüyü məlum deyil.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:22 / 11.09.2025
Direktor müavininin meyiti kanaldan tapıldı
Hazırda oxunan: Direktor müavininin meyiti kanaldan tapıldı
Hazırda oxunan: Direktor müavininin meyiti kanaldan tapıldı
269833
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.