Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisindən Azərbaycana keçən İran vətəndaşları saxlanılıb.
Bu barədə Bizim.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İrandan Azərbaycana keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb
Araşdırma aparıldıqdan sonra qeyd olunan şəxslər rəsmi qaydada qarşı tərəfə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:58 / 11.09.2025
Sərhədimizi azaraq keçən İran vətəndaşları GERİ QAYTARILDI
Hazırda oxunan: Sərhədimizi azaraq keçən İran vətəndaşları GERİ QAYTARILDI
Hazırda oxunan: Sərhədimizi azaraq keçən İran vətəndaşları GERİ QAYTARILDI
269827
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.