“5-ci kolon Azərbaycanda fahişəliyi təbliğ edir” – Ərəstun Orucludan konkret ADLAR

“5-ci kolon Azərbaycanda fahişəliyi təbliğ edir” – Ərəstun Orucludan konkret ADLAR

Hazırda oxunan: “5-ci kolon Azərbaycanda fahişəliyi təbliğ edir” – Ərəstun Orucludan konkret ADLAR

26975

“Azərbaycanda Rusiya ilə yanaşı qərbin, İran və Türkiyənin də 5-ci kolonları var. Amma əsasən Rusiyanın beşinci kolonudur. Və bu kolon bütün strukturlarda geniş təmsil olunub. Ölkənin ictimai-siyasi, mədəni-elmi, tarixi, sosial həyatına, təhsilinə göstərir. Əsas məqsəd dövləti dirçəlməyə qoymamaqdır”

Bizim.Media xəbər verir ki, bu sözləri politoloq Ərəstun Oruclu canlı yayımların birində səsləndirib.

“Tarix siyasətin əlifbasıdır” sözləri ilə çıxışına davam edən politoloq SSRİ-nin dağılması, ölkələrin müstəqillik əldə etməsindən danışıb. Amma bəzi ölkələrdə 5-ci kolon hakimiyyəti ələ aldı.

O ki qaldı Ayaz Mütəllibovla, Əbdürrəhman Vəzirova: 

“Ayaz Mütəllibov iki ildir ki, Rusiyadan qayıdıb. Siyasətdə bir qayda var. Devrilən ölkə başçısı hansı ölkəyə qaçırsa, deməli o ölkənin adamıdır. Məsələn, İran şahı devriləndə hara qaçdı? ABŞ nəzarətində olan Misirə. Filippində diktator devriləndə hara qaçdı? Birləşmiş Ştatlara. Hər kəs öz sahibinin yanına qaçır. 

Rusiyanın yeni mərhələsində əsas 5-ci kolon ordu sıralarında formalaşıb. Amma bu o demək deyil ki, onlar başqa yerlərdə yoxdular. Məsələn, bu gün gözümüzün qabağında Azərbaycanın tarixi saxtalaşdırılır. AMEA-da Rusiyanın canişini Ramiz Mehdiyev əyləşibsə, tarixçilər başqa bir şey deyə bilməz. Azərbaycan xalqı qədim dövlətçilik ənənələri olan xalqdır. Amma sovet vaxtı insanlara bunun əksini aşılamağa çalışıblar. Bu gün də çalışırlar. 

Baxın Azərbaycan telekanallarına, onlar nə ilə məşğuldurlar? Azərbaycan cəmiyyətinə hər şeyi eybəcər şəkildə təqdim eləməklə və həmin o çirkin modeli insanların şüuruna yeritməklə...

Buna mənəvi diversiya deyirlər. Hər bir cəmiyyətin oturuşmuş bir mənəvi-əxlaqi dəyərlər sistemi var. Azərbaycanda ailə dəyərlərini aşağılayırlar, dağıdırlar. Açıq-aşkar fahişəliyi təbliğ edirlər. Şəxsi həyat adı altında. Ömür boyu fahişəlik kimi qəbul etdiyimiz şeyə Azərbaycanın rəsmi mediası şəxsi həyat deyir. Söz oyunu ilə dəyərlər sistemini dəyişirlər”

Şəxsi həyatın müqəddəs, toxunulmaz olduğunu xatırladan politoloq məsələnin bütün tərəflərindən söz açdı.

Hamının müstəqil şəxsi həyat qurmaq haqqı olduğunu dedikdən sonra ekspert bildirdi ki, Azərbaycan telekanallarında şəxsi həyatın ictimai müzakirəsinə də toxundu:

“Gənc, gözəgəlimli, cazibədar müğənini efirə çağırırlar və bunu geniş reklam edirlər. Maşınını, 150 min dollarlıq villasını reklam edəndən sonra deyirlər ki, bir mahnı oxu. Hələ fonoqrama ilə səs, musiqi duyumu sıfır. Buna baxan insanlar da görür ki, bu səslə bahalı maşın, ev almaq mümkün deyil. Ardınca qalmaqallar başlayır ki, filankəsin sponsoru filan adamdır və s. Sponsor sözü isə Azərbaycanda neqativ kontekstdə hallanır. Hansısa qadının saxlayanı var”.

Politoloqun fikrincə, bu mənəvi diversiya vasitəsilə digərlərinin psixologiyası da bu yola dəvət olunur. Yəni, maaşı ilə sadalananları əldə edə bilməyəcəyini dərk edənlər maşın və villa üçün pis yolu seçirlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO