Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!

Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!

Hazırda oxunan: Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!

269695

Fransa höküməti siqareti tərgitmək üçün nəzərdə tutulmuş nikotin saqqızı və nikotin çay paketlərini qadağan edib. Səbəb gənclər arasında zəhərlənmə yaratmasıdır. Hələlik 6 aylığa qadağa qoyulmuş məhsullar araşdırılır, nəticələr mənfi olacağı təqdirdə tamamilə satışdan qaldırılacaq. Ölkənin 23 assosiasiyanı birləşdirən Tütünlə Mübarizə Alyansı (Alliance contre le Tabac) isə iddia edir ki, gənclər arasında sürətlə yayılan və müxtəlif dadlarda satılan nikotin paketləri və saqqızları əksinə daha çox asılıq yaradır, sağlamlığa ciddi fəsadlar verə bilər.

Məsələ ilə bağlı pulmonoloq Sona Əsədova Bizim.Media-ya bildirdi ki, nikotin saqqızı və paketləri siqareti tərgitmək üçün köməkçi vasitə kimi hazırlanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Siqaret çəkənlərin NƏZƏRİNƏ: Tütün hər il 7 milyondan çox insanın həyatına son qoyur


Onların tərkibində siqaretlə müqayisədə daha az miqdarda nikotin olur və tüstü, qatran kimi zərərli maddələr yoxdur.

“Burada məqsəd odur ki, orqanizm nikotini tədricən daha az qəbul etsin və nəticədə asılılıqdan qurtulmaq asanlaşsın. Bəli, nikotin özü asılılıq yaradan maddədir. Əgər insan bu vasitələrdən nəzarətsiz, uzun müddət istifadə etsə, psixoloji və fiziki bağlılıq yarana və zəhərlənmə verə bilər. Ona görə də təlimatda göstərildiyi kimi istifadə etmək və doza həddini aşmamaq lazımdır. Dozanı aşanda digər dərman vasitələrində olduğu kimi bunda da zəhərlənmə ola bilər”.  

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya verilən məlumata görə, nikotin tərkibli saqqızlar dərman vasitəsi hesab olunur.

Hazırda Azərbaycanda “Nikorette” (tərkibi: Nicotine – 2 mq və 4 mq) çeynəmə dərman saqqızları (şaxtalı nanə dadlı) qeydiyyata alınıb. Məhsul blister (№15 – 1x15, №30 – 2x15, №105 – 7x15) və karton qutu qablaşdırmada mövcuddur.
 

Həmçinin tütün aslılığını azaltmaq üçün Cytizine tərkibli Tabex tabletləri qeydiyyatdan keçib. Aptekdən buraxılma şərti – reseptsizdir, yəni satışı sərbəstdir. Onlar barədə istifadə təlimatlarını dərman vasitələrinin içlik vərəqəsindən əldə edə bilərsiniz.


Qeyd edək ki, nikotin saqqızlarından əlavə plastır və çaylar da mövcuddur ki, onlayn ticarət saytlarından istənilən şəxs əldə edə bilər. Amma Azərbaycanda nikotin çayları və plastırları apteklərdə satılmır. Ümumiyyətlə, hansısa çay paketləri və plastırlarla bağlı rəy alınması üçün isə Analitik Ekspertiza Mərkəzinə müraciət edilməyib.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO