Gəncədə dünən axşam saatlarında baş verən yol nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospekti ilə Ruzigar Qasımov küçəsinin kəsişməsində baş verib.
Hərəkətdə olan “Hyundai” və "Chevrolet" markalı iki minik avtomobili toqquşması zamanı zərbənin təsirindən avtomobillərdən biri yolun kənarında səkidə dayanan bir neçə piyadanı vurub.
Hadisə zamanı 8 nəfərin, 1996-cı il təvəllüdlü M. Məmmədzadə, 1968-ci il təvəllüdlü R. Həsənova, 1994-cü il təvəllüdlü R. Həsənov, 1989-cu il təvəllüdlü G. Qurbanova, 1968-ci il təvəllüdlü S. Əsgərova, 2006-cı il təvəllüdlü X. Əliyeva, 1979-cu il təvəllüdlü P. Zeynalova və 1958-ci il təvəllüdlü R. Abbasova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu