Hər gün bu ərazilərdə SU niyə KƏSİLİR? – Rəsmi qurumdan CAVAB

Hər gün bu ərazilərdə SU niyə KƏSİLİR? – Rəsmi qurumdan CAVAB

Hazırda oxunan: Hər gün bu ərazilərdə SU niyə KƏSİLİR? – Rəsmi qurumdan CAVAB

269557

Axşam saatlarından etibarən Nəsimi və Nərimanov rayonlarında suyun verilişinin dayandırılması və sakinlərin səhərədək su tapa bilməməsi əhali arasında ciddi narazılıq yaradır. Təmir-bərpa işləri adı altında tətbiq edilən bu məhdudiyyətlər su təchizatında ciddi problemə çevrilib.

Bəs hər gün təkrarlanan bu problemlər nədən qaynaqlanır?

Maraqlıdır ki, məsələ il bağlı İri Şəhərlərin Birləşmiş  Su Təchizatı Xidmətindən Bizim.Media-ya  hər dəfə eyni cavab verilir:

“Bu gün axşam saatlarına qədər işlər yekunlaşdırılacaq, suyun verilişi bərpa ediləcək”, - deyə qurumdan qeyd olunsa da, vəziyyət dəyişmir. Növbəti gün eyni hal təkrarlanır.

Saytımıza danışan sosioloq Elçin Bayramlı isə su sektorunda vəziyyətin getdikcə daha da ağırlaşdığını dilə gətirib:

“Çox təəssüf ki, İri Şəhərlərin Birləşmiş  Su Təchizatı Xidmətinin fəaliyyətində hələ də müsbət irəliləyiş müşahidə olunmur. Baxmayaraq ki, Azərbaycanda ən çox maliyyə vəsaiti cəlb edilən sahələrdən biri məhz sudur. Nə əhalinin təchizatında ciddi dəyişiklik var, nə də suyun keyfiyyətində... Dəfələrlə struktur dəyişikliyi aparılsa da, nəticə dəyişmir. Şəhərlərdə qrafiklə su verilməsi adi hala çevrilib, kəndlərdə isə tamamilə başqa içməli su problemi yaşanır”.

Ekspert bildirib ki, Azərbaycanın su itkisinə görə dünyada ön sıralarda olması vəziyyətin nə qədər kritik olduğunu göstərir:

“35-40 faiz su itkisi var. Bu, artıq ciddi problemdir. Dəfələrlə çıxış yolları göstərilsə də, nəticə yoxdur. XXI əsrdə qrafiklə su verilməsi anormal bir haldır. Sahədə bacarıqlı mütəxəssislərə ehtiyac var”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO