Müəllimlərin vahid geyim formasına keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Müəllimlərin vahid geyim formasına keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Müəllimlərin vahid geyim formasına keçməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

269549

Müəllimlərin vahid geyim formasına keçməsi məsələsi yenidən gündəmə gəlib. Bu qərarın gözlənilən olub-olmadığı və hazırda hansı məktəblərdə tətbiq olunduğu sual doğurur.

Mövzu ilə bağlı Bizim.Media Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə müraciət edib. Agentlikdən bildirilib ki, rəsmi olaraq müəllimlər üçün vahid geyim forması nəzərdə tutulmayıb:

“Mövcud qanunvericilikdə müəllimlər üçün vahid geyim formasının tətbiqi ilə bağlı hər hansı müddəa yoxdur. Bununla yanaşı, “Təhsilverənlərin etik davranış qaydaları”na əsasən təhsilverənin xarici görkəmi və geyimi çalışdığı təhsil müəssisəsinin daxili nizam-intizam qaydalarına uyğun olmalıdır”, - deyə bildirilib.

Beləliklə, hazırda məktəblərdə müəllimlərin geyim tərzi müəssisənin daxili qaydalarına uyğun olaraq tənzimlənir, vahid geyim forması isə tətbiq edilmir.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO