Mingəçevirdə məktəblilər arasında dava: 11-ci sinif şagirdi bıçaqlandı

Mingəçevirdə məktəblilər arasında dava: 11-ci sinif şagirdi bıçaqlandı

Hazırda oxunan: Mingəçevirdə məktəblilər arasında dava: 11-ci sinif şagirdi bıçaqlandı

269483

Mingəçevir şəhərində orta məktəbin 11-ci sinif şagirdləri arasında dava olub.

Bizim.Media xəbər verir ki, hadisə şəhərin Təbriz küçəsində baş verib.

Mingəçevir sakini, 2009-cu il təvəllüdlü Adəm Əmirli sinif yoldaşları Vasif Əlizadə və Fəxri Səbrəlizadə ilə küçədə söhbət edərkən aralarında mübahisə baş verib.
 

Fəxri Səbrəlizadə bildirib ki, guya A.Əmirli ötən həftə məclislərin birində V.Əlizadəni söyüb. Mübahisə dava ilə nəticələnib. Dava zamanı V.Əlizadə üzərində gəzdirdiyi bıçaqla A.Əmirlini vurub. Qol nayihəsində iki bıçaq xəsarəti alan A.Əmirli xəstəxanaya yerləşdirilib.


Daxili İşlər Nazirliyinin Şəki regional qrupundan verilən məlumatda bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.Əlizadə saxlanılıb.

Faktla bağlı istintaq araşdırmaları aparılır. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO