Bakı Metropolitenində üz tanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "AzInTelecom" MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib.
Onun sözlərinə görə, hazırda "Azərbaycan Dəmir Yolları" QSC ilə birgə üz tanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb.
F.Fərəcullayev bildirib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: "Belə bir sistemin yerüstü nəqliyyatda - avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də əvvəlcə sınaqlar keçirmək lazımdır, bundan sonra yekun qərar qəbul etmək mümkün olacaq". (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:58 / 09.09.2025
Bakı metrosunda YENİLİK - Üz tanıma ilə ödəniş sistemi tətbiq ediləcək
Hazırda oxunan: Bakı metrosunda YENİLİK - Üz tanıma ilə ödəniş sistemi tətbiq ediləcək
Hazırda oxunan: Bakı metrosunda YENİLİK - Üz tanıma ilə ödəniş sistemi tətbiq ediləcək
269481
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.