Gəncədə hava limanından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Gəncə gegional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sərnişinlərə məxsus çamadandan oğurluq etməkdə şübhəli bilinən, 39 yaşlı Tahir Sayadov saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, T.Sayadov yükləmə zamanı çantadan ümumi dəyəri 10.000 manat olan qızıl-zinət əşyalarını oğurlayıb.
Məhkəmənin qərarı ilə T. Sayadov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 09.09.2025
Gəncədə hava limanında 10 minlik qızıl OĞURLANDI - VİDEO
Hazırda oxunan: Gəncədə hava limanında 10 minlik qızıl OĞURLANDI - VİDEO
Hazırda oxunan: Gəncədə hava limanında 10 minlik qızıl OĞURLANDI - VİDEO
269464
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.