Abituriyentlərin DİQQƏTİNƏ- Bu gün 11.00-dan etibarən...

Abituriyentlərin DİQQƏTİNƏ- Bu gün 11.00-dan etibarən...

Hazırda oxunan: Abituriyentlərin DİQQƏTİNƏ- Bu gün 11.00-dan etibarən...

269448

Bu gün saat 11:00-da bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar üçün qeydiyyat prosesinə start veriləcək.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzi (DİM) məlumat verib.

Bildirilib ki, boş qalan yerlərə qəbul olunan abituriyentlər (subbakalavrlar) 9 sentyabrdan etibarən portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər.

Seçim prosesi 15 sentyabra (saat 18:00-dək) qədər davam edəcək.

Qeyd edilib ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcək.

Xatırladaq ki, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 9 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində eyni qaydada qeydiyyatdan keçə bilərlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO