“Camaat ət ala bilmir, çox bahadır” – Video

“Camaat ət ala bilmir, çox bahadır” – Video

Hazırda oxunan: “Camaat ət ala bilmir, çox bahadır” – Video

269440

Azərbaycanda mal əti bahalaşıb.

Bizim.Media xəbər verir ki, qəssablar yeni qiymətlərlə mal ətinin 1 kilosunun 16-17, quzunun isə 20-21 manat olduğunu bildirirlər.

Qəssabların sözlərinə görə, xüsusilə mal ətində müşahidə olunan qiymət artımı rayonlarda heyvanların baha olması ilə əlaqəlidir:

“Alıcı qüvvəsi də yoxdur. Camaat ət ala bilmir. Çox bahadır”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ət və ət məhsulları demək olar ki, hər ay bahalaşıb. İlin yanvar-iyul aylarında qiymətlər 2024-cü ilin eyni dövrünə nisbətən orta hesabla 6,8 faiz artıb.

Ətraflı “Baku TV”nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO