Şirkətin 45 minini mənimsəyən şəxs məhkəmə zalında həbs olundu

Şirkətin 45 minini mənimsəyən şəxs məhkəmə zalında həbs olundu

Hazırda oxunan: Şirkətin 45 minini mənimsəyən şəxs məhkəmə zalında həbs olundu

269439

Quba Rayon Məhkəməsində mənimsəmədə təqsirləndirilən Kərim Nəbisoyun (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Bizim.Media xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunub və Kərim Nəbisoy məhkəmə iclas zalında dərhal həbsə alınıb.

İttiham aktına əsasən, təqsirləndirilən Kərim Nəbisoy 06 iyul 2021-ci ildən 31 yanvar 2024-cü ilədək MMC-lərin birinin Quba filialında satış üzrə nümayəndə vəzifəsində işləyib. O, müqavilə və əmək müqaviləsinə əsasən onun vəzifələri arasında sifarişlərin qeydə alınması, vaxtında çatdırılmasına nəzarət edilməsi, satış məntəqələrində maddi vəsaitlərə cavabdehlik, müştərilərdən daxil olan pulların tam şəkildə şirkətin xəzinəsinə ödənilməsi kimi öhdəliklər olub.
 

Lakin Kərim bu səlahiyyətlərdən sui-istifadə edərək öz qulluq mövqeyindən şəxsi maraqları üçün istifadə edib. Belə ki, müştərilərin faktiki borc qalıqlarının yoxlanılması haqqında 31 dekabr 2023-cü il tarixli akta əsasən Kərim Nəbisoyun maddi məsuliyyət daşıdığı məbləğ 111 227,96 manat olub. Bundan əlavə, 01–31 yanvar 2024-cü il tarixlərində terminal vasitəsilə sifariş etdiyi malların dəyəri 3 165,73 manat təşkil edib.


Ümumilikdə, o, MMC-yə məxsus 114 393,69 manat məbləğində vəsaitə cavabdeh olduğu halda, anbara yalnız 8 603,54 manatlıq malı qaytarıb, satış nöqtələrində 42 467,99 manatlıq məhsul saxlanılıb, şirkət xəzinəsinə isə onun tərəfindən 7 058,95 manat, satış nöqtələri tərəfindən isə 10 521,92 manat ödəniş edilib. Həmçinin inventarizasiya zamanı 803,68 manatlıq mal geri qaytarılıb.

Nəticədə, bütün bu məbləğlər nəzərə alındıqda təqsirləndirilən şəxs MMC-yə məxsus 44 937,61 manat pul vəsaitini mənimsəyib. O, bu pulu şəxsi ehtiyaclarına sərf etməklə öz qulluq mövqeyindən istifadə edərək, vahid qəsdlə özgə əmlakını talayıb. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO