Kürdəmirdə GÜCLÜ YANĞIN - 7 otaqlı ev KÜLƏ DÖNDÜ - FOTO/VİDEO

Kürdəmirdə GÜCLÜ YANĞIN - 7 otaqlı ev KÜLƏ DÖNDÜ - FOTO/VİDEO

Hazırda oxunan: Kürdəmirdə GÜCLÜ YANĞIN - 7 otaqlı ev KÜLƏ DÖNDÜ - FOTO/VİDEO

269367

Kürdəmirdə 7 otaqlı fərdi yaşayış evi yanaraq külə dönüb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Sərdarov Sərvan Sərdar oğluna məxsus ikimərtəbəli ümumi sahəsi 520 kv.metr olan 7 otaq və bir balkondan ibarət olan ev əşyaları ilə birlikdə yanaraq külə dönüb.

Bundan başqa, evə bitişik olan 210 kv.metrlik çardağın 70 kv.metrlik hissəsi də yanıb, qalan 140 kv.metrlik hissəsi isə yanğından mühafizə olunub.

Hadisə yerinə FHN-nin Kürdəmir rayon Yanğından mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.
 

Qeyd edək ki yanğın zamanı evdə heç kim olmayıb. Ev sahibinin yaxınlarının sözlərinə görə, onlara 300 min manata yaxın maddi ziyan dəyib. 


Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.








Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO