FAKTİKİ HAVA: Azərbaycanın bəzi rayonlarında leysan yağıb, duman çöküb

FAKTİKİ HAVA: Azərbaycanın bəzi rayonlarında leysan yağıb, duman çöküb

Hazırda oxunan: FAKTİKİ HAVA: Azərbaycanın bəzi rayonlarında leysan yağıb, duman çöküb

269127

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Milli Hidrometeorologiya Xidməti yayıb.

Məlumata görə, sentyabrın 7-si saat 10:00-a olan vəziyyətə əsasən ölkənin bir sıra ərazilərində arabir leysan xarakterli yağış yağıb.

Belə ki, düşən yağıntının miqdarı Zaqatalada 6, Astarada 5, Lənkəranda 4, Sarıbaşda (Qax) 3, Oğuzda 2, Daşkəsən, Kəlbəcər, Laçın, Göygöl, Naftalan, Şəmkir, Şəki, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Bərdə, Yevlax və Kürdəmirdə 1 mm-dək qeydə alınıb.
 

Balakən, Qusar, Qrız və Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.


Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29, dağlıq rayonlarda 23, Aran rayonlarında 32, Naxçıvan MR-də 35 dərəcəyədək isti qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO