Ailə faciəsinə səbəb olan “bisetka” kustar üsulla qurulubmuş - VİDEO

Ailə faciəsinə səbəb olan “bisetka” kustar üsulla qurulubmuş - VİDEO

Hazırda oxunan: Ailə faciəsinə səbəb olan “bisetka” kustar üsulla qurulubmuş - VİDEO

268958

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində baş verən ailə faciəsinin təfərrüatları məlum olub.

Bizim.Media xəbər verir ki, şəhər sakinləri - 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və nənələri 1947-ci il təvəllüdlü Səkinə Məmmədova istirahət məqsədilə gündəlik icarəyə verilən şəxsi evlərdən birinə üz tutublar.

Qadınlar süni göldə kustar üsulla dəmir çəlləklər üzərinə qurulan üzən platformanın üstünə çıxıblar, bir az üzdükdən sonra platforma aşaraq üzü aşağı çevrilib.

Ata və oğul onlara kömək etmək istəyiblər, nənəni xilas etmək mümkün olub, amma ana və yeniyetmə qızı yox.

Nənə isə xəstəxanaya gedən yolda ürəktutmasından həyatını itirib.

Təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ata və oğul isə qəzaya düşərək yaralanıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Ətraflı "Xəzər Xəbər"in videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO