Azərbaycanda minaaxtaran qadınların sayı açıqlandı - RƏSMİ

Azərbaycanda minaaxtaran qadınların sayı açıqlandı - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda minaaxtaran qadınların sayı açıqlandı - RƏSMİ

268820

Hazırda Azərbaycanda 18 qadın minaaxtaran və 2 qadın paramedik (tibb işçisi) fəaliyyət göstərir.

Bizim.Media xəbər veirr ki, bu barədə "Report.az"a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, qadın minaaxtaranlar indiyədək 501 hektar ərazini minalardan təmizləyib, 400 ədədə yaxın mina və partlamamış hərbi sursat aşkarlayıblar.
 

Qeyd edək ki, 2023-cü ildən etibarən qadınlardan ibarət minatəmizləmə qrupları işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunub.


Onlar ilk olaraq Ağdam rayonu ərazisində, hazırda isə Ağdərə rayonunun Talış kəndi ərazisində minatəmizləmə əməliyyatlarında iştirak edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO