SON DƏQİQƏ: Qazaxıstanın xarici işlər naziri SAXLANILDI

SON DƏQİQƏ: Qazaxıstanın xarici işlər naziri SAXLANILDI

Hazırda oxunan: SON DƏQİQƏ: Qazaxıstanın xarici işlər naziri SAXLANILDI

268682

Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu, iş adamı Hacı Hacıyev və Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) bir neçə yüksək vəzifəli əməkdaşı saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə orda.kz nəşri yazıb.

Məlumat hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən təsdiqlənib.

Nazirin evində saxlanıldığı bildirilir. Bundan əlavə, onun və Hacı Hacıyevin evində axtarış aparılıb. Saxlanılan MTK əməkdaşlarının adları isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, Nurtleu Çində keçirilən ŞƏT sammitindən Qazaxıstana dünən qayıdıb.

Bu arada mədəniyyət və informasiya naziri Aida Balayeva Facebook-da paylaşım edərək xəbəri feyk adlandırıb: 

“Çox vaxt təsdiqlənməmiş məlumatların ardınca qaçarkən jurnalistlər unutmamalıdırlar ki, belə xəbər vətəndaşlara və onların yaxın qohumlarına zərər vura, onların şərəf və ləyaqətini ləkələyə və mahiyyətcə böhtan sayıla bilər.

Mən həmkarlarımı peşəkar KİV və jurnalistlərin əməl etməli olduqları öhdəliklərə əməl etməyə çağırıram və onu da xatırladıram ki, yalan məlumatların yayılmasına görə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub”.

Xatırladaq ki, Murat Nurtleu baş nazirin müavini və xarici işlər naziri, güc strukturunda əsas fiqurdur. O, ən nüfuzlu siyasətçilərdən biridir. Onun nüfuzu daha çox təhlükəsizlik qüvvələri ilə sıx bağlıdır. O, bu əlaqələri hələ 2022-ci ilin Yanvar hadisələrində, Milli Təhlükəsizlik Komitəsinin sədr müavini olarkən qura bilib.

Hacı Hacıyev isə formal olaraq iş adamı kimi tanınır. Amma reallıqda o, Milli Təhlükəsizlik Komitəsinin ştatdankənar əməkdaşı işləyib.

Əldə edilən məlumata görə, Nurtleu və Hacıyevlə yanaşı, Milli Təhlükəsizlik Komitəsinin bir neçə yüksək rütbəli əməkdaşı da saxlanılıb. Bura xarici kəşfiyyat xidmətinin keçmiş direktoru Əsgər Amerxanov, MTK-nin hazırkı sədr müavinlərindən biri, həmçinin bədnam Altay Cakanbayev və Meyram Karatayev də daxildir.

Jakanbayev və Karatayevin adları Kiyevdə müxalifətçi jurnalist Aidos Sadıkovun qətlindən sonra məlum olub. Buradan belə qənaətə gəlmək olar ki, həbslər Sadıkovun ölümü, həmçinin, ehtimal ki, MTK xarici kəşfiyyatının direktor müavini Baurjan Alpışovun işdən çıxarılması ilə bağlıdır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO