Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

Hazırda oxunan: Rusiya nümayəndə heyəti Azərbaycana gəlir

268662

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Rusiya İdman Nazirliyinin və Rusiya Olimpiya Komitəsinin rəhbəri Mixail Deqtyaryovu Bakıda keçiriləcək MDB Oyunlarına səfərə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Deqtyaryov Şərq İqtisadi Forumunda (EEF) "İdman diplomatiyası: yeni çağırışlar və imkanlar" adlı sessiyada danışıb.

"Nümayəndə heyətimiz MDB Oyunlarının keçiriləcəyi Bakıya, Azərbaycana yola düşməyə hazırlaşır. Azərbaycanın idman naziri cənab Qayıbov məni şəxsən dəvət edib, lakin səfərimlə bağlı qərarımı ayrıca verəcəyəm", - Deqtyaryov bildirib.

Qeyd edək ki, III MDB Oyunları Azərbaycanda sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək. Açılış (28 sentyabr) və bağlanış (8 oktyabr) mərasimləri Gəncədə keçiriləcək. Rusiya komandasının ərizəsində 260-dan çox idmançının adı yer alıb. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO