Məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

Hazırda oxunan: Məktəbli qıza qarşı əxlaqsızlıq edən gəncin cəzası ağırlaşdırıldı

268630

Sumqayıt Apellyasiya Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməkdə təqsirləndirilən Qalib Bəşirovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, məhkəmə iclasında çıxarılan qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib.

Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin apellyasiya şikayəti isə qismən təmin olunub. Belə ki, məhkəmənin qərarı ilə Qalib Bəşirovun Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 27 may 2025-ci il tarixli hökmü dəyişdirilib.
 

Ona əvvəl təyin olunmuş cəza 2 il müddətinə azadlıqdan məhrumetmə ilə əvəzlənib. Şübhəli şəxs qismində saxlandığı 1 gün cəza müddətindən çıxılmaqla, onun üzərində qəti olaraq 1 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Hökm qalan hissədə dəyişdirilmədən qüvvədə qalıb.

İttihama görə, hadisə 2023-cü ilin noyabr ayının ortalarında baş verib. 2001-ci il təvəllüdlü Qalib Bəşirov Sumqayıt şəhəri, 1-ci mikrorayon ərazisində günlük kirayə götürdüyü mənzildə aralarında 8 il yaş fərqi olan, 14 yaşı tamam olmuş, lakin 16 yaşına çatmayan, 2009-cu il təvəllüdlü, zərərçəkmiş S.S. (adı, soyadı şərtidir) ilə razılıq əsasında qeyri-təbii yolla cinsi əlaqədə olub. Qalib sonradan - 01 dekabr 2023-cü il tarixdə həmin ünvanda təkrar olaraq seksual xarakterli digər hərəkətlər edib.

Xatırladaq ki, Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 1 il 7 ay 29 gün müddətinə azadlıqdan məhrum edilmişdi. (Pravda.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO