Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.
Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həşimov idarə etdiyi "Hyundai" markalı yük maşını ilə piyada, 1954-ci il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub.
Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay xəstəxanasına hospitalizasiya olunub. Lakin yaralı həmin xəstəxanada həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu