Köhnə Bakı–Astara magistralının Biləsuvar rayonu ərazisində ağır qəza qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə zamanı iki minik avtomobili ilə bir yük maşını toqquşub.
Nəticədə bir nəfər həyatını itirib, üç nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya aparılıb.
Məlumata görə, yaralıların hamısı Cəlilabad rayonunun sakinləridir.
Fakt araşdırılır.
Sabutay, Bizim.Media, Cənub bürosu.