Zərdabda 17 yaşlı qıza toy edənlər CƏRİMƏLƏNDİLƏR - FOTO

Zərdabda 17 yaşlı qıza toy edənlər CƏRİMƏLƏNDİLƏR - FOTO

Hazırda oxunan: Zərdabda 17 yaşlı qıza toy edənlər CƏRİMƏLƏNDİLƏR - FOTO

268536

Zərdabda erkən evliliyin qarşısı alınmaqla yanaşı, valideynlər 1000 manat, erkən evliliyin baş tutmasına şərait yaradan ictimai iaşə obyektinin sahibi isə 1500 manat məbləğində cərimə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu sosial şəbəkə hesabında məlumat verib.

O bildirib ki, Zərdab rayonu "Natiq" şadlıq sarayında erkən evlilik halının baş verməsi məlumatı daxil olub, dərhal informasiya aidiyyəti qurumlara ötürülüb, araşdırmalara başlanılıb:

"Məlum olub ki, bəyin 32, gəlinin isə 17 yaşı var. Hər iki tərəfin valideynləri ilə söhbət aparılıb, Bunun qanunvericiliklə qadağan olunduğu izah edilib.

Məclisin keçirilməsi təxirə salınıb. Bundan əlavə, tədbirin keçirilməsinə göz yuman ictimai iaşə obyektinin sahibi barəsində də inzibati qaydada protokol tərtib edilib". 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO