Fövqəladə Hallar Nazirliyinə (FHN) işə düzəltmə adı ilə vətəndaşlara qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.
Bizim.Media qaynarinfo.az-a istinadən xəbər verir ki, təqsirləndirilən Rəşad adlı şəxs əvvəllər FHN-də çalışıb. O, nazirliyin Dövlət Suvarma və Xilasetmə Xidmətinin təsərrüfat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyib.
Şəki Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4, 29,178.2.1, 29,178.2.2 və 29,178.2.4-cü maddələri ilə mühakimə olunan təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməyib.
Rəşadın sözlərindən belə anlaşılır ki, onun dələduzluq əməliyyatında rolu yalnız aldadılmış vətəndaşlara zəng vuraraq vaxt qazanmaq olub. O özünü zərərçəkmişlərə "kapitan Əliyev" kimi təqdim edib.
Bununla belə, məhkəmə onu verilmiş ittihamla təqsirli bilib. Rəşad məhkəmənin hökmü ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:31 / 03.09.2025
FHN-in sabiq əməkdaşı həbs edildi
Hazırda oxunan: FHN-in sabiq əməkdaşı həbs edildi
Hazırda oxunan: FHN-in sabiq əməkdaşı həbs edildi
268525
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.