Pirəkəşküldə bağça BİABIRÇILIĞI – Uşaqlara quru çörək verən müdir işdən çıxarıldı – RƏSMİ – VİDEO

Pirəkəşküldə bağça BİABIRÇILIĞI – Uşaqlara quru çörək verən müdir işdən çıxarıldı – RƏSMİ – VİDEO

Hazırda oxunan: Pirəkəşküldə bağça BİABIRÇILIĞI – Uşaqlara quru çörək verən müdir işdən çıxarıldı – RƏSMİ – VİDEO

268485

Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində yerləşən 21 nömrəli dövlət uşaq bağçası ilə bağlı xoşagəlməz iddialar yayılıb. Valideynlərin sözlərinə görə, uşaqlara antisanitar şəraitdə quru çörək və çay verilir, üst-başları isə bərbad vəziyyətdə evə qaytarılır.

Şikayətçilərdən biri bildirib ki, uşaqlara keyfiyyətsiz yemək təqdim olunur:
 

“Toyuğun piylərini, dərisini çəkib kotlet adı ilə uşaqlara yedizdirirlər. Mən hər gün məcbur qalıb uşağa bulka alıram ki, ac qalmasın. Bağçada odun sobası yandırılır, uşaqlar evdən təmiz gedir, qayıdanda isə onlardan his iyi gəlir. Bütün bunlara dözürdük, amma müdirənin uşağımı ayaqyalın yemək vaxtı çölə çıxarmasını heç cür bağışlamıram”, - deyə bu barədə sabiq deputat Etibar Əliyev sosial şəbəkədə paylaşım edib.


Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə (MÜTDA) müraciət etdik.

Agentlikdən  Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Daxil olan vətəndaş müraciəti əsasında Abşeron rayonu Pirəkəşkül kənd 21 nömrəli uşaq bağçasında Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb:

“Araşdırma nəticəsində vəzifə funksiyalarının icrası zamanı yol verdiyi nöqsanlara görə təhsil müəsissəsinin müdiri Xədicə Vəliyeva ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Bildiririk ki, təhsil müəssisələrində uşaqların düzgün qidalanması, sağlam və təhlükəsiz mühitdə təhsil alması, həmçinin vətəndaşların təhsil müəssisəsinə etimadının artırılması əsas prioritetlərdəndir. Təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir.

Bu istiqamətlərdə hər bir müraciət diqqətlə araşdırılır və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür”.
Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO