Gənclərimiz kimyəvi narkotiklərlə MƏHV EDİLİR – ŞOK FOTOLAR

Gənclərimiz kimyəvi narkotiklərlə MƏHV EDİLİR – ŞOK FOTOLAR

Hazırda oxunan: Gənclərimiz kimyəvi narkotiklərlə MƏHV EDİLİR – ŞOK FOTOLAR

26842

Sosial şəbəkələrdə narkotik vasitələrin açıq reklamı və satışı ilə bağlı məsələ narahatlıq doğurur. Yayılan informasiyalarda gəncliyimizin kimyəvi narkotiklərlə məhv edildiyi bildirilir.

"İnstaqram”da, “Facebook”da çox sayda səhifələr var ki, narkotik vasitələrin satışı ilə məşğuldur. Məhsulların çeşidi onlayn şəkildə sifariş edilir, daha ucuz qiymətə təklif olunur və kuryerlərlə müştərilərə çatdırılır. Bu tip səhifələrin sayı günbəgün artır. 

Narkotiklərin açıq və onlayn satışının artması valideynlər arasında da müzakirə və həyəcan təbili yaradıb.

Sosial şəbəkələrdə addımbaşı qarşılarına çıxan bu səhifələrlə bağlı məsələnin ictimailəşdirilməsi, hüquq-mühafizə orqanlarının qabaqlayıcı tədbirlər görməsi üçün çağırışlar edilir.

Gəncliyimizin məhv olub getməsi vurğulanaraq, digər valideynlərə də övladlarının pis vərdişə aludə olmamaları üçün xəbərdarlıq edilir. 

Qeyd edək ki, bu günlərdə Ağ Partiya başqanı Tural Abbaslı da canlı debatlarından birində gənclər arasında narkotik istifadəçilərinin sayının artdığını qeyd etmişdi. O, sözügedən bəlanın gələcəyimizə ciddi zərbə vurduğunu xatırlatmışdı. 

Məsələnin aktuallığını nəzərə alaraq elə Tural Abbaslı ilə mövzunu davam etdirdik. Partiya sədrinin sözlərinə görə faciə odur ki, bu gün narkotik vasitə hər şüydən əvvəl əlçatan olub:

“Gənclər yaşından irəli gələrək yeni hiss və həyəcan yaşamaq istəyirlər. Bu, istənilən gəncliyin və yaşın tələbatıdır. Gənclərin bu gün həm də ucuz qiymətə əlçatanlığı narkotik vasitələrdir. Biri var ki, saatlarla, aylarla işləyəsən, sonra o həzzi alas an, biri də var ki, anında çəkib və ya vurub həzz alasan. Ən acınacaqlısı bu halın regionlarda daha çox artmasıdır.  Hansı ki, gələcəyimizə birbaşa vurulan zərbədir”. 

Xatırladaq ki, hazırda Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin qeydiyyatında 33 min 788 narkotik maddə istifadəçisi var.

Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarında olan gənclər, 12969 isə 18-34 yaş aralığında olan şəxslərdir. Ötən il Narkoloji mərkəzin qeydiyyatında 32 min 921 nəfər olub.

Qeyd edək ki, qeyri-rəsmi məlumatlara görə narkotikdən istifadə edənlərin sayı rəsmi statistikadan 2-3 dəfə çoxdur.

Alçina Amilqızı, Bizim.Media 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO