“O işgəncələri atam edib, anamı da qətlə yetirib...” - 14 yaşlı yeniyetmənin qardaşı DANIŞDI - VİDEO

“O işgəncələri atam edib, anamı da qətlə yetirib...” - 14 yaşlı yeniyetmənin qardaşı DANIŞDI - VİDEO

Hazırda oxunan: “O işgəncələri atam edib, anamı da qətlə yetirib...” - 14 yaşlı yeniyetmənin qardaşı DANIŞDI - VİDEO

268283

“Anam öləndən sonra bizə xalam baxıb, məni də, qardaşımı da o saxlayıb. Onun qardaşıma işgəncə verməsi ilə bağlı deyilənlər yalandır, həmin işgəncə izləri çoxdanındır, onlar atamın etdikləridir”.

Bizim.Media xəbər verir ki, bu sözləri “Qafqazinfo.az”a valideynlərini itirən və xalası tərəfindən işgəncələrə məruz qaldığı deyilən 14 yaşlı Ü.M-nin qardaşı 21 yaşlı F.Məmmədov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ana-atasız uşağa işgəncələr verilib? - Video


Onun sözlərinə görə, atası Vüsal Məmmədov narkotik aludəçisi olub və daim ailəsinə şiddət göstərib. Hətta anası Fəridə Novruzovanı azyaşlı qardaşının gözü qarşısında qətlə yetirib.

Bundan sonra isə o, ağır psixoloji travma alıb:

“O izlər 5-6 il əvvəldən qalan işgəncə izləridir. Narkotik istifadəçisi idi, psixoloji problemləri var idi. Mənim özümə də işgəncələr verib. Anam onun işgəncələrinin qarşısını almağa çalışırdı. 2019-cü ildə atam anamı qətlə yetirib. Məlumata görə, özü də həbsxanada ölüb. Qətl qardaşımın gözünün qabağında olub, ona görə uşaq ağır psixoloji travma alıb. O vaxtdan da məktəbə getmir, psixoloji müalicə alır...

Qonşularımız anamın sağlığında bir dəfə də olsun, bizim qapımızı açmayıblar. Qapımızı döyüb bir şeyə ehtiyacınız varmı deyə soruşmayıblar. Qardaşımı çay içmək adı ilə evə çağırıb belə bir video çəkiblər. Nə məqsədlə etdiyini də dəqiq bilmirəm”.

F.Məmmədov qeyd edib ki, onlara qəyyumluq edən xalasının qardaşına işgəncə verməsinə heç vaxt imkan verməz:

“Uşaq nəsə səhv hərəkət, nadinclik edəndə bütün valideynlər ona bir şillə vurur. Xalam da bir valideyndir, onun da tərəfini tutmuram, demirəm ki, vurmayıb. Amma işgəncə vermək heç vaxt olmayıb. Mənim olanım-qalanım bir qardaşımdır. Heç mən də icazə vermərəm ki, qardaşımı işgəncə versinlər”.
 

Qeyd edək ki, sosial şəbəkədə 14 yaşlı yeniyetməyə xalası tərəfindən ağır işgəncələr verilməsi ilə bağlı iddialar yayılmışdı. Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.


Faktın təsdiqlənəcəyi təqdirdə yeniyetmənin qəyyumunun əlindən alınaraq sığınacağa yerləşdiriləcyi bildirilir. 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO