Süni intellektlə yazılmış ELMİ İŞLƏR – Ayırd etmək mümkün DEYİL?

Süni intellektlə yazılmış ELMİ İŞLƏR – Ayırd etmək mümkün DEYİL?

Hazırda oxunan: Süni intellektlə yazılmış ELMİ İŞLƏR – Ayırd etmək mümkün DEYİL?

268268

Son vaxtlar elmi dairələrdə yeni müzakirə mövzusu gündəmə gəlib. Belə ki, alimlərin elmi işlərinin süni intellektin köməyi ilə hazırlamaları iddia olunur. Bəziləri hesab edir ki, bu cür məqalələri ənənəvi üsulla yazılanlardan ayırmaq çətindir.

Maraqlıdır, həqiqətənmi süni intellektlə yazılan elmi mətnləri seçmək olmur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən informasiya texnologiyaları mütəxəssisi Elvin Abbasov bildirib ki, bu gün süni intellekt vasitəsilə məqalə, esse, hətta elmi iş hazırlamaq mümkündür:

“İlk baxışdan adi oxucu üçün fərqləndirmək çətin görünə bilər, çünki süni intellekt mətni səliqəli və strukturlaşdırılmış şəkildə təqdim edir. Lakin diqqətlə yanaşdıqda bəzi izlər ortaya çıxır, şablon üslub, təkrarçılıq və fakt səhvləri”, - deyə o bildirib.  

Ekspert qeyd edib ki, beynəlxalq aləmdə artıq mətnin süni intellektlə yazılıb-yazılmadığını müəyyən edən xüsusi proqramlar mövcuddur. Yəni belə mətnləri tamamilə ayırd etmək mümkünsüz deyil.

Onun fikrincə, burada əsas məsələ qadağa yox, düzgün yanaşmadır:

“Süni intellekt köməkçi vasitə kimi faydalıdır, məsələn, mətni redaktə etmək və ya daha səlis yazmaq üçün. Amma araşdırma, təhlil və nəticə çıxarma işini alim özü görməlidir. Əsl elmi dəyər də məhz buradadır”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO