Xızıda kanalda boğulan şəxslərin ADLARI açıqlandı – YENİLƏNİB

Xızıda kanalda boğulan şəxslərin ADLARI açıqlandı – YENİLƏNİB

Hazırda oxunan: Xızıda kanalda boğulan şəxslərin ADLARI açıqlandı – YENİLƏNİB

268235

Xızıda kanalda boğulan şəxslərin kimliyi məlum olub.

Bizim.Media xəbər verir ki, Tovuz rayonu Çilovdarlı kənd sakinləri 2001-ci il təvəllüdlü Abdıyev Ramazan İsrayıl oğlu və 1999-cu il təvəllüdlü Abdıyev Orxan İsrayıl oğlu Xızı rayonu Sitalçay kəndi ərazisində Samur-Abşeron su kanalına ehtiyatsızlıqdan düşərək boğulub ölüblər.

Faktla bağlı Xızı rayon prokurorluğunda araşdırma aparılır.

*** 08:58

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti yayıb.

Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO