Cəlilabadda ailə FACİƏSİ: Bacı qardaşını bıçaqladı – VİDEO

Cəlilabadda ailə FACİƏSİ: Bacı qardaşını bıçaqladı – VİDEO

Hazırda oxunan: Cəlilabadda ailə FACİƏSİ: Bacı qardaşını bıçaqladı – VİDEO

268227

Cəlilabadda 46 yaşlı kişi bıçaqlanıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun Adnalı kəndində baş verib.

Kənd sakini, 43 yaşlı Şəfəq Əsgərova ailədaxili mübahisə zəminində qardaşı, 46 yaşlı Nurəddin Əsgərovu bıçaqlamaqda şübhəli bilinir.

Yaxınlarının bildirdiklərinə görə, tərəflər arasında mülk üstündə mübahisə baş verib. Bu zaman digər qardaşı Nurəddini tutub saxlamağa, sakitləşdirməyə çalışıb. Elə bu vaxt Şəfəq əlindəki bıçaqla Nurəddinə zərbə endirib. Nəticədə Nurəddin Əsgərov iki bıçaq xəsarəti alaraq Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Hadisədən sonra hüquq-mühafizə orqanları tərəfindən lazımi tədbirlər görülüb.

Məlumata görə, bacı ilə qardaş arasında mülk davası illərdir davam edirmiş və tez-tez mübahisələrə səbəb olurmuş. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

Ətraflı “Xəzər Xəbər”in süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO