Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağdakı missiyasına ayrılan maliyyəni bu il 5 dəfə artıraraq 50 milyon avroya çatdırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatına müsahibəsində BQXK prezidenti Peter Maurer deyib.
MÖVZU İLƏ BAĞLI:
BQXK əsirlərlə bağlı açıqlama verdi
O bildirib ki, qurum məcburi köçkünlərə, doğma yurd-yuvalarına qayıdanlara kömək edir:
“Hər iki tərəfdəki dustaqlara baş çəkmək, ailələrilə əlaqə saxlamalarında iştirak etməyimiz də az məsələ deyil. İmkan və zərurət yaranarsa, buradakı mövcudluğumuzu bundan sonra da artıracağıq. Amma bir az yavaşca, çünki bu kimi əməliyyatlar üçün maliyyə əldə etmək çox çətindir”, – təşkilat rəhbəri deyib.
Bizim.Media