Gəncədə azyaşlı evdə yanaraq öldü - FOTO

Gəncədə azyaşlı evdə yanaraq öldü - FOTO

Hazırda oxunan: Gəncədə azyaşlı evdə yanaraq öldü - FOTO

26778

30 iyun 2021-ci il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc qəsəbəsində fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Bizim.Media-ya FHN-dən verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Qubada ahıl qadın yanaraq öldü   


Yanğın nəticəsində ümumi sahəsi 65 m² olan birmərtəbəli ikiotaqlı evin yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibinin övladı, 2019-cu il təvəllüdlü Mahmudova Nuray Röyal qızının yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO