Gəncədə bıçaqlanan ana və oğulun SON DURUMU

Gəncədə bıçaqlanan ana və oğulun SON DURUMU

Hazırda oxunan: Gəncədə bıçaqlanan ana və oğulun SON DURUMU

266984

Xəbər verdiyimiz kimi, Gəncədə bıçaqlanma hadisəsi baş verib. Belə ki, Daşkəsən rayon sakini 55 yaşlı N.Paşayeva və onun oğlu O.Paşayev bıçaqlanıb və tibb müəssisəsinə yerləşdirilib.

Onların son durumu ilə bağlı tibb müəssisəsindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, 25.08.2025-ci il tarixində saat 16:30 radələrində 2 nəfər (1 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə ailə faciəsi - Gəlin ərini və qayınanasını bıçaqladı


"Sol bazunun kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilən 1970-ci il təvəllüdlü və sol sarğının kəsilmiş-deşilmiş yarası diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil olan şəxslərin müalicəsi müvafiq şöbədə davam etdirilir", - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən O. Paşayevin həyat yoldaşı A. Məmmədova saxlanılıb.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO