Avqust ayının 24-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-ya bildirilib ki, araşdırmalarla yanğını 23 yaşlı Araz Əzizovun törətdiyi məlum olub.
Hadisə nəticəsində 70 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.
A.Əzizov saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:23 / 24.08.2025
Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə CƏLB OLUNDU
Hazırda oxunan: Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə CƏLB OLUNDU
Hazırda oxunan: Xocavənddə yanğına səbəb olan şəxs məsuliyyətə CƏLB OLUNDU
266815
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.