Məlahət İbrahimqızı ermənilərə 30 il pensiya verilməsini təklif edib? - ÖZÜ AÇIQLADI

Məlahət İbrahimqızı ermənilərə 30 il pensiya verilməsini təklif edib? - ÖZÜ AÇIQLADI

Hazırda oxunan: Məlahət İbrahimqızı ermənilərə 30 il pensiya verilməsini təklif edib? - ÖZÜ AÇIQLADI

266539

"Son vaxtlar bəzi sosial media platformalarında, xüsusilə də "TikTok"da trol fəaliyyəti göstərən kimlərsə mənim adımdan əsassız və yalan dolu provokativ məlumatlar yayırlar".

Bizim.Media xəbər verir ki, bu barədə deputat Məlahət İbrahimqızı sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, növbəti belə şər və yalan məlumat bu günlərdə "TikTok"da yayılıb:
 

"Bu xəbərə görə, guya mən Azərbaycandan getmiş ermənilərə 30 il pensiya verilməsini təklif etmişəm. Bu, tamamilə böhtan və absurd iddiadır. Mən, Məlahat İbrahim qızı, əslən Qərbi Azərbaycandanam. Ailəmin 1987-91-ci illərdə erməni vandalları tərəfindən mülk və evləri qəsb edilib. Qərbi Azərbaycandan qovulmuş yüzminlərlə soydaşlarımızdan biriyəm. Belə bir acı tarixi yaşamış bir insanın bu cür fikir söyləməsi mümkün deyil.


Bu yalanları yayan şəxslərə bir daha xatırlatmaq istəyirəm: provokativ, böhtan xarakterli və trol yazılarından əl çəksinlər. Azərbaycan ictimaiyyəti, eləcə də mənim seçicilərim uzun illərdir mənim mövqeyimi tanıyır və bu cür yalanlara və saxta məlumatlara heç vaxt inanmayacaqlar".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO