Qusarda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL/FOTO

Qusarda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL/FOTO

Hazırda oxunan: Qusarda AĞIR QƏZA – Yaralılar var - ÖZƏL/FOTO

266506

Qusar rayonunda ağır yol qəzası baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Qusar-Ləzə yolunun rayonun Çiləgir kəndindən keçən hissəsində "Nissan" markalı avtomobillə yük maşını toqquşub.
 

Nəticədə minik avtomobilində olan Bakı sakini, 39 yaşlı Məcid Qalib oğlu İbrahimov və Zərdab rayonunun Təzəkənd kənd sakini, 35 yaşlı Dilqəm Hüseyn oğlu Vəliyev ağır xəsarətlərlə Qusar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər.


Dilqəm Vəliyevin vəziyyətinin daha kritik olduğu bildirilir. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə, hazırda yaralılara tibbi yardım göstərilməsi davam etdirilir.

Qəzanın baş verdiyi əraziyə Qusar rayon polis şöbəsinin əməkdaşları gəliblər. İstintaq bölməsində araşdırma başlanılıb.




Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO