Ağdərədə şiddətli yanğın davam edir, əraziyə yanğınsöndürən helikopterləri CƏLB OLUNDU

Ağdərədə şiddətli yanğın davam edir, əraziyə yanğınsöndürən helikopterləri CƏLB OLUNDU

Hazırda oxunan: Ağdərədə şiddətli yanğın davam edir, əraziyə yanğınsöndürən helikopterləri CƏLB OLUNDU

266384

Ağdərə rayonunda yanğın hadisəsi davam edir. Havanın küləkli olması alovun daha da geniş ərazilərə yayılmasına səbəb olur.

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, yanğın ərazisində ara-sıra partlayış səsləri eşidilir. Bu da yanğının söndürülməsi əməliyyatına ciddi maneələr yaradır.
 

Əraziyə yanğınsöndürən helikopterləri cəlb olunsa da gecə saatlarında görmə məhdudluğu səbəbindən havadan müdaxilə dayandırılıb.


Ərazidə texnika və şəxsi heyət əməliyyatları davam etdirilir.

Xatırladaq ki, yanğın ərazisində baş verən partlayış nəticəsində FHN-nin zabiti Tərtər rayon yanğınsöndürmə bölməsinin rəis müavini Babək Zeynalov xəsarət alıb.

O, ilkin tibbi yardım aldıqdan sonra Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO