Naxçıvanda ictimai iaşə obyektlərində aparılan nəzarət tədbirləri nəticəsində bir sıra restoran və kafelərin fəaliyyəti dayandırılıb.
Bu barədə Bizim.Media-ya Naxçıvan Muxtar Respublikası Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Bildirilib ki, məhdudiyyətlərin əsas səbəbi sanitar-gigiyenik qaydaların pozulması və qida təhlükəsizliyi ilə bağlı texniki normativ-hüquqi aktların tələblərinin yerinə yetirilməməsi olub:
“Naxçıvan Muxtar Respublikasında bu ilin 7 ayı ərzində 24 ictimai iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb. Agentliyin açıqlamasına görə, aşkar edilən nöqsanlar aradan qaldırıldıqdan sonra həmin obyektlərin fəaliyyətinə yenidən icazə verilib”, - deyə diqqətə çatdırılıb.
Aygün Hüseyn, Bizim.Media