Gəncədə yol hərəkətinin təşkilində dəyişiklik OLUNDU

Gəncədə yol hərəkətinin təşkilində dəyişiklik OLUNDU

Hazırda oxunan: Gəncədə yol hərəkətinin təşkilində dəyişiklik OLUNDU

265859

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Gəncə şəhərinin Nizami küçəsinin Atatürk prospekti ilə kəsişməsindən Qəmbər Hüseynli küçəsi ilə kəsişməsinə qədər olan hissəsində ikitərəfli hərəkət təşkil olunub.

AYNA-dan Bizim.Media-ya bildirilib ki, nəticədə nəqliyyat vasitələrinin izafi yürüşü azalıb, səyahət müddəti qısalıb, o cümlədən ictimai nəqliyyatın mobillik imkanları və əlçatanlığı artıb.

Görülən işlər çərçivəsində müvafiq yol nişanları quraşdırılıb, nişanlanma xətləri təşkil olunub, işıqfor bölmələrində dəyişiklik edilib.

Hərəkət iştirakçılarından ərazidəki nişanların tələblərini rəhbər tutaraq hərəkət etmələri xahiş olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO