Bakıda yeni AVTOBUS PARKI – Bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK – RƏSMİ

Bakıda yeni AVTOBUS PARKI – Bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK – RƏSMİ

Hazırda oxunan: Bakıda yeni AVTOBUS PARKI – Bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK – RƏSMİ

265196

Bir müddət öncə xəbər verdiyimiz kimi,  “BakuBus” MMC tərəfindən Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində - Albalılıq adlanan ərazidə yeni avtobus parkı tikiləcək.

Tikinti işlərinin gedişatı və bu parkdan hansı marşrutların istifadə edəcəyi barədə “BakuBus” MMC-yə sorğu ünvanladıq.

Şirkətin ictimaiyyətlə əlaqələr üzrə əməkdaşı Əsmər Əliyeva Bizim.Media-ya bildirdi ki, yeni avtobus parkının tikintisinə start verilib və tikinti işlərinin 2025-ci ilin sonuna qədər yekunlaşması planlaşdırılır.
 

“Yeni avtobus parkı istifadəyə verildikdən sonra istehsal olunan 200 ədəd elektrik mühərrikli avtobus burada yerləşdiriləcək və həmin avtobuslar bu parkdan fəaliyyətə başlayacaq. Avtobusların fəaliyyət göstərəcəyi marşrut xətləri və istismara başlama tarixi ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.


Bu təşəbbüs Bakı şəhərində ekoloji təmiz, səssiz və müasir ictimai nəqliyyat mühitinin yaradılmasına xidmət edir və şəhərin ictimai nəqliyyat infrastrukturunun modernləşdirilməsində mühüm addım kimi qiymətləndirilir”, - deyə açıqlamada qeyd olunub.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO