Tovuzla Gədəbəyi birləşdirən avtomobil yolu təmir ediləcək – 1,5 milyon manat AYRILDI

Tovuzla Gədəbəyi birləşdirən avtomobil yolu təmir ediləcək – 1,5 milyon manat AYRILDI

Hazırda oxunan: Tovuzla Gədəbəyi birləşdirən avtomobil yolu təmir ediləcək – 1,5 milyon manat AYRILDI

265174

Prezident İlham Əliyev Tovuz rayonunun Çatax kəndini Gədəbəy rayonunun Novosaratovka kəndi ilə birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Bizim.Media xəbər verir ki, Sərəncama əsasən, iyirmi bir min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Çatax‒Çeşməli‒Mollalar‒Məşədivəlilər‒Həsənli‒Abbasqulular‒Papaqçılar‒Güvəndik‒Lazılar ‒Novosaratovka avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO