Şimal-qərb bölgəsinə səfərə hazırlaşanların NƏZƏRİNƏ – FOTO/VİDEO

Şimal-qərb bölgəsinə səfərə hazırlaşanların NƏZƏRİNƏ – FOTO/VİDEO

Hazırda oxunan: Şimal-qərb bölgəsinə səfərə hazırlaşanların NƏZƏRİNƏ – FOTO/VİDEO

265132

Şimal-Qərb bölgəsinə iyunun 12-dən bəri ilk dəfə yağış yağıb.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, son iki gündə bölgə ərazisində qeyri-sabit hava şəraiti hökm sürür.

İyun ayının ikinci ongünlüyündən başlayaraq bölgədə temteratur kəskin artıb. Ötən günlər ərazində bölgənin əksər ərazilərində tempetarur 35-38 dərəcə bəzən isə 40 dərəcəyə kimi yüksəlmişdi.
 

Nəhayət ki, bu səhər - iki ay sonra bölgəyə yağış yağması ilə sərinlik gəldi. Bu həm də bitki örtüyünün, meyvə və giləmeyvələrin susuzluğuna son qoymuş oldu. Xüsusən də bu yağış dağlıq və meşəlik ərazilərdə yanğın təhlükəsizliyinin qarşısının alınmasında mühüm rol oynadı.


Verilən məlumata əsasən, həftə sonuna kimi Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edəcək.

Həftəsonu Şimal-qərb bölgəsinə istirahətə gələnlərə isə tövsiyə olunur ki, çətirlərini də özləri ilə götürməyi unutmasınlar. Çünki şənbə və bazar günləri yağışların intensivləşəcəyi gözlənilir.














Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO