Dövlət qurumu yeni çağırışçılarla bağlı məlumat yaydı

Dövlət qurumu yeni çağırışçılarla bağlı məlumat yaydı

Hazırda oxunan: Dövlət qurumu yeni çağırışçılarla bağlı məlumat yaydı

26362

Azərbaycan Respublikasında 2021-ci ilin iyul ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən iyunun 26-da SMS vasitəsilə məlumatlandırılıblar.

SHXÇDX-dən Bizim.Media-ya verilən məlumata görə, çağırışçılara SHXÇDX-nin yerli baş idarə, idarə, şöbə və bölmələrində qeydiyyat zamanı təqdim etdikləri mobil nömrələrini aktiv saxlamaları tövsiyə olunur.

Çağırışçıların hərbi qeydiyyatda olduqları Xidmətin yerli baş idarə, idarə, şöbə və bölmələri tərəfindən çağırıldığı halda təyin edilmiş vaxtda aidiyyəti üzrə gəlmələri zəruridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO