Qiyməti sudan ucuz Xaçmaz pomidoru sahələrdə çürüyür – VİDEO

Qiyməti sudan ucuz Xaçmaz pomidoru sahələrdə çürüyür – VİDEO

Hazırda oxunan: Qiyməti sudan ucuz Xaçmaz pomidoru sahələrdə çürüyür – VİDEO

263507

Xaçmazda pomidor yetişdirən fermerlər ciddi çətinliklə üz-üzə qalıb. Sahələr məhsulla doludur, lakin alıcı tapılmır. Keçən il yeşiyi 15-20 manata satılan pomidor bu yay su qiymətinə belə güclə satılır. Hətta sudan da ucuz...

Bizim.Media-nın Şimal bürosunun əməkdaşı məsələni araşdırmaq üçün Xaçmazın Hülövlü kəndi ərazisindən keçən, yerli əhali arasında “Eşşək bazarı” kimi tanınan topdansatış nöqtəsində olub.
 

Buranın bu cür adlandırılması təsadüfi deyil – vaxtilə kəndlilər satdıqları məhsulu uzunqulaq qoşqulu arabalarla məhz buraya gətiriblər.


Hazırda bazarda pomidor boldur. Fermerlər deyir ki, Xaçmazda bu qədər bol və keyfiyyətli pomidor uzun illərdir olmamışdı.

Amma alıcının olmaması səbəbindən çəkilən əziyyət və xərc geri dönmür.

Ətraflı videosüjetdə:



Aytəkin Alxaslı, Pərviz Allahverdiyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO