Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər  - Direktorlar Şurasında Şeyx də var

Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

Hazırda oxunan: Dünyanın dini liderləri terrora qarşı bəyanat verdilər - Direktorlar Şurasında Şeyx də var

263481

Martın 15-də Avstriyada yerləşən KAICIID Beynəlxalq Dialoq Mərkəzinin müxtəlif ənənəvi dinləri təmsil edən Direktorlar Şurası Yeni Zelandiyanın Kristçörç şəhərindəki iki məsciddə törədilmiş qanlı terror aktları ilə bağlı aşağıdakı bəyanatla çıxış edib.xa0

Moderator.az-ın məlumatına görə, bəyanatda deyilir:


"Cümə namazından sonra məscidlərə hücum edərək qanlı terrorun failləri Yeni Zelandiyadakı dinc müsəlman icmasının mümkün qədər çox üzvünü qətlə yetirməyə çalışıblar. Bu hücumun Yeni Zelandiya əhalisinin cəmi 1% -ni təşkil edən müsəlman icmasında yaratdığı böyük gorxu və terror xofunu təsvir etmək mümkün deyil. Dünyanın bir çox bölgələrində dinc dindarlara qarşı törədilən hücumlar artmaqda davam edərkən bu hücum, dünyada azlıqlara qarşı qərəzli yanaşmanın və zorakılığın açıq göstəricisidir. Dinindən asılı olmayaraq dinc ibadətçilərə qarşı törədilən hücumlar ümumbəşər insan hüquqlarının pozulması deməkdir.

xa0

Törədilmiş mənfur hücumun əsas məqsədi terror aktı törədildikdən sonra onun görüntülərini sosial mediada yayımlayaraq qorxu və terror xofu yaratmaqdan ibarətdir. Sosial mediadan belə bir şəkildə istifadə olunması və bununxa0xa0canlı yayımlarda nifrətçilik təbliğatı aparan qruplarla bağlantısının olması bizə aydın şəkildə göstərir ki, zorakılıq tətbiq edən müxtəlif növ ekstremist qruplar nifrətçiliyi yaymaq, zorakılığa təhrik etmək üçün sosial mediadan istifadə edirlər. Buna qarşı xüsusilə həssas olan gənclədrir, lakin eyni zamanda cəmiyyətin heç bir təbəqəsinin buna qarşı müdafiəsi yoxdur.

xa0

İstər canlı yayımda olsun, istər adi qaydada, şiddətə təhrik etmək cinayətdir, ona görə də biz təkcə Yeni Zelandiyanın deyil, bütün dünyanın dini liderlərini və dini icmalarını sülh işində birgə dinc yaşayış naminə dinlər arasında, mədəniyyətlər arasında dialoq apararaq terrora qarşı əlbir olmağa, gündəlik fəaliyyətlərində səslərini, sülhə çağırışlarını internet vasitəsilə canlı olaraq yayımlamağa çağırırıq.

Biz bütün qurbanların ailələrinə, dostlarına, bu hücumdan zərər çəkmiş hər kəsə, Yeni Zelandiya xalqına dərin başsağlığı verir, ölkə Baş Nazirinin "Yeni Zelandiyada zorakılığa yer yoxdur" mesajına əks-səda verərək, əlavə edirik: “Zorakılığa bütün dünyada yer yoxdur."

Direktorlar Şurasının üzvləri:

Şeyxülislam Allahşükür Paşazadə,

Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar Arası Əməkdaşlıq Mərkəzinin baş katibi;

xa0

Mitropolit Emmanuel,

Ekumenik Patriarxiyanın Fransa Ekzarxı;

xa0

Yepiskop Migel Ayuso,

Lupersiana titulyar yepiskopu, Dinlərarası Dialoq Üzrə Pontifik Şurasının Katibi, Vatikan;

xa0

Dr. Hamad Al-Majed,

İlahiyyatçı və din xadimi, Səudiyyə Ərəbistanı;

xa0

Dr. Məhəmməd Sammak,

Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi, Livan;

xa0

Koşi Nivano,

Rizxo Kosey-Kay Buddist Təşkilatının Prezidenti, Yaponiya;

xa0

Mark Polson,

Kenterberi Arxiyepiskopunun dini işlər üzrə katibi, Anqlikan kilsəsinin dinlərarası məsələlər üzrə müşaviri, Böyük Britaniya;

xa0

Devid Rozen,

Ravvin, Amerika Yəhudi Komitəsinin dinlərarası məsələlər üzrə beynəlxalq direktoru;

xa0

Dr. Kezevino Aram,

Şanti Aşram Hinduist dini platformasının başçısı, Hindistan”.

xa0

Səudiyyə Ərəbistanı Krallığı, İspaniya və Avstriya tərəfindən təsis olunmuş və Vatikan dövlətinin baş müşahidəçi kimi çıxış etdiyi KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzininxa0əsas vəzifəsi dünyada baş verən münaqişələrin qarşısını almaq, onları aradan qaldırmaq üçün dünya səviyyəsində dinlərarası və mədəniyyətlərarası dialoqu təşviq etməkdən ibarətdir. KAICIID Dialoq Mərkəzi dünyanın müxtəlif regionlarında, o cümlədən, Avropa, Amerika, Afrika və Yaxın Şərq daxil olmaqla Asiya ölkələrində müxtəlif humanitar layihələr həyata keçirir.

KAICIID dünyanın aparıcı dini konfessiyalarının nümayəndələrindən ibarət direktorlar şurası olan yeganə hökumətlərarası təşkilatdır. Daha ətraflı:xa0//www.kaiciid.org/


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO