Hüseynbala Mirələmov biabırçı görüntüsü ilə bağlı DANIŞDI: “Olan şeydir” - VİDEO

Hüseynbala Mirələmov biabırçı görüntüsü ilə bağlı DANIŞDI: “Olan şeydir” - VİDEO

Hazırda oxunan: Hüseynbala Mirələmov biabırçı görüntüsü ilə bağlı DANIŞDI: “Olan şeydir” - VİDEO

26346

Keçmiş deputat, Yeni Azərbaycan Partiyasının sabiq üzvü Hüseynbala Mirələmov məlum videosu ilə bağlı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə blogger Mehman Hüseynov paylaşım edib.

Sabiq deputat bildirib ki, bu videonun kimin yaydığını bilmir:

“Mən bilmirəm onu rektor, elmi şuranın üzvləri, yoxsa orada işləyənlər elədi. Mənim üçün artıq onun əhəmiyyəti yoxdur. Amma mən bilirəm ki, o adam Allah tərəfindən cəzasını alacaq”.

H.Mirələmov ailəsinin videoya reaksiyasından da danışıb:

“Yaxın vaxtlarda həyat yoldaşımla evliliyimin 50 illiyi olacaq. O, məni yaxşı tanıyır- əqidəmi, vicdanımı, əxlaqımı da. Hər insanın həyatında xırda qüsurlar olur. Yoldaşım əvvəldən mənə dedi ki, qəti narahat olma, darıxma. Olan şeydir, biz səni yaxşı tanıyırıq. Sənin əxlaqına , mənəviyyatına bələdik. Bir cümlə dedi “lənət şeytana””.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO