Bəzi ərazilərdə suyun verilmə qrafiklərində dəyişikliklər edilir

Bəzi ərazilərdə suyun verilmə qrafiklərində dəyişikliklər edilir

Hazırda oxunan: Bəzi ərazilərdə suyun verilmə qrafiklərində dəyişikliklər edilir

26325

"Havaların kəskin istiləşməsi ilə əlaqədar “Azərsu” ASC gücləndirilmiş iş rejimində çalışır. Son günlər temperaturun yüksək olması ilə əlaqədar içməli suya tələbat kəskin artıb və tələbatı ödəmək üçün mənbələrdən Abşeron yarımadasına ötürülən suyun həcmi artırılıb".

Bu barədə Bizim.Media-ya "Azərsu"dan məlumat verilib.

Qeyd olunub ki, abonentlərin dayanıqlı içməli su ilə təmin olunması, anbar ehtiyatlarının toplanması üçün təsdiqlənmiş reqlamentə uyğun olaraq rejimlərin tənzimlənməsi işləri aparılır və bəzi ərazilərdə suyun verilmə qrafiklərində müəyyən dəyişikliklər edilir:

"Azərsu” ASC abonentlərdən xahiş edir ki, yay aylarında, xüsusilə də kəskin istilərin müşahidə olunduğu günlərdə içməli sudan maksimum qənaətlə istifadə etsinlər, bağ massivlərində və həyət evlərində yaşayanlar yaşıllıqların suvarılmasında israfçılığa yol verməsinlər. Burada edilən israfçılıq paylayıcı şəbəkələrin ucqar nöqtələrindəki abonentlərin su təminatına mənfi təsir göstərir ki, bu da həmin ərazilərdə yaşayan insanların haqlı narazılığına səbəb olur".

Qeyd edək ki, ötən gecə Kür-Bakı magistral su kəmərində baş vermiş qəza Binəqədi rayonunun bəzi ərazilərinə suyun verilməsindəməhdudiyyətlərə və ya təzyiqin zəif olmasına səbəb olub. Qəza briqadaları əraziyə cəlb olunub və təmir-tikinti işlərinə başlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO