Yevlaxda 18 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı

Yevlaxda 18 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı

Hazırda oxunan: Yevlaxda 18 yaşlı gənc yol qəzasında ağır xəsarət aldı

26305

Yevlax rayonunda gəncin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Vahabov Əminşah Pənah oğlu ağır dərəcəli xəsarətlər alıb.

O, təcili tibbi yardımın köməkliyi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərinə gətirilib.

Müayinə zamanı yaralıya alt çənənin sınığı, kəllə-beyin travması və digər müxtəlif dərəcəli xəsarətlər diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO